Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
Şeir

Ayişə Nəbi: Toxumda quruyan çiçəklər

By İklim
21 İyun 2026 2 Min Read
0

ŞEİR

Dalaraq gecənin aydınlığına

Düşdüm mən yuxunun qaranlığına.

Daş kimi başımı atdım yastığa,

Yastığım dönərək çopur bir dağa

Qanatdı başımın tel damarını,

 İçindən yastığın “ah” dikələrək

İynələdi min-min alaca lələk.

Döndü qan çanağına qara sevdalı başım.

Ərşə çəkildi yuxum, çatladı qan, can daşım.

Dedim, bu yastıq pisdir,

başımı yaman didir.   

Başımı “yastıqdan dərdim”

Durdum bir az dikəldim.

Nə ayıqdım, nə yatmış

Qarşımda belə bir səhnə açılmış:

Gördüm bir-birinə qarışıbdı toranda

başsız qalıb uşaqlar  qarğaşada.

yaman yerdə axşamlamış-

yaxşı pislə, pis yaxşıyla barışmış.

 Qarşımdakı uşaqlar duruxdular,

dönüb mat-mat mənə baxdılar.

Baxıb üzümə durdular,

məni məsum baxışlarla vurdular.

Qan içində, can çəkişən,

can verən,

qanına qəltan olmuş,

Savaşda öldürülmüş,

Yaralanmış, yandırılmış 

körpə gördüm, uşaq gördüm.

Kor ol, a gözüm, niyə gördün?

İnim-inim inləyərək,

O qanayan

O çiçək əlləri qorxudan titrəyərək            

Uzadıb-uzadıb can istəyirdi,

nəfəs istəyidi, qan istəyidi.

-Bizi niyə öldürdün, niyə, niyə???- deyirdi.

Ağlım çıxdı başımdan, dəli oldum bir anda:

-Mən öldürmədim,- dedim, mən yazıq suçlu-suçlu.

-Sən insan deyilsənmi?

-İnsanam,- dedim qürurlu.

-Bizi insan öldürdü, sən də insansan, sən də günahkarsan.

Hayqırdılar, bağırdılar öləziyən körpəcə səsləriylə.

-Axı..

Bir söz demək istədim, sözü uddum udqundum.

Səsim batdı içimdə,

mən insan olduğuma min dəfə peşman oldum,

“Kaş, bir ağac olaydım, elə yolda duraydım,

gələnə-gedənə kölgə salaydım”.

Qanına qəltan uşaq uzadaraq əlini:

-Hamınız, hamınız günahkarsınız,- dedi,

Burda oyun oynanmır, yarım qaldı oyunum,

Top-topum, gizlənpaçım, bir də ki, qaçdı-tutdum,

Payımız palçıq oldu,

çörəyimiz-suyumuz atəş oldu, qor oldu.

savaşlarda qanına o qəltan etdiyiniz

 körpəcə uşaqlarıq…..

                    Artıq biz yoxuq….yoxuq….

O dünyada yaxanızdan dörd əllə yapışarıq,

Niyə bizi böyüməyə qoymadınız deyərik,

Sizi bir ahımızla yandırarıq yaxarıq,

Biz körpəyik, qanına qəltanlarıq.

Niyə bizim nağılın alma düşmür sonuna,

Göydən bombalar yağır oynadığım oyuna.

Atılan bombalarda varın siz də odlanın, para-para paralanın,

Raketlərlə parçalanın.

Vicdanınız da yox ki, asılıb qurtulasız, 

Sizi yellər aparsın.

Qanına qəltan olan balalar, balacalar,  

savaşın öldürdüyü böyüməyən o canlar,

Siz gedincə günü-günəşi aldınız,

Mavi göydən qoparıb apardınız,

dünya qaldı işıqsız, yaraşıqsız….

Yer kürəsi zülmət ilə çarpışır,

Ölməyibdir şər hələ, xeyir ilə vuruşur.

Siz öldünüz,

səsiniz açılmayan qönçələrə büküldü,

Diləyiniz dirilmədi, yaşlarınız irilmədi,

Atılan bombalardan hürkdü oyuncağınız,

qorxan baxışlarınız bir daha heç gülmədi.

qarışdı qara ölüm, yoxluq qaralığına,

Siz toxumda quruyub açmayan çiçəksiniz.

Ömrümdən əksiksiniz….

Savaşda öldürülən dilsiz mələk körpələr

Ruhu könlümə köçən ömrü gödək bəbələr,

siz bir dəfə öldünüz,

mən hər biriniz ilə ayrıca öldüm, öldüm.

Öldüm dirildim, amma siz heç dirilmədiniz.

Qan dənizində sizi boğdular, bilmədiniz.

Günahkarıq hamımız, düz deyirsən, ay quzu,

Qanına qəltan olan məsum körpəcə quzu,

Sənin qanın torpağa tökülüb də hopmadı,

Möhür basdı qırmızı axıb düşdüyü yerə,

İnsan caniliyinin təsdiq- möhürü oldu.

Sayrışan al rənglərə qarışan zəhər oldu.

Boğazıma tıxanan acı bir qəhər oldu.

Qan qarışan torpağın izi düşər alnıma,

düşər qara- qaraca mən səcdəyə varınca.

Məhşərdə yapışarsan yaxamdan, sən ağlama,

Qisasımı gözləyib qiyamətə saxlama,-

Demə mənə.

Qanına qəltan körpə, mən də sənin kimiyəm

əlsiz- dilsiz, kar-koram, elə mən də ölüyəm .

İnsanam –

sən öldürüldün deyə mən də bir günahkaram,

Savaşın öldürdüyü qanına qəltan uşaq,

Gəl, səninlə savaşa birgə lənət oxuyaq.

Dilərəm,

Yaşadığım bu Yeri bir çiçəkli top edəm

Atam güllü çəmənə

Uşaqlar oynasınlar,

Uşaqlar ölməsinlər.

Author

İklim

Follow Me
Other Articles
Previous

Məleykə Mursaquliyeva: “Azad ruhun çağırışı”

No Comment! Be the first one.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme