Skip to content
-
Subscribe to our newsletter & never miss our best posts. Subscribe Now!
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Subscribe
İctimaiMənəviyyat

Ayişə Nəbi: Bir can bir ovuc torpaq

By İklim
13 İyul 2026 3 Min Read
1

Bütləri qırıb yerini boş görən insan bir yerdən tutmaq, bir yerə söykənmək istəyərək bir dayaq

axtara-axtara vurnuxur, “zəncirləri qıram- qıram” deyə azadlıq havasına gedir üzü məchula.Sabahın

məchulluğunda onu ya bir buxov gözləyir, ya da kor bir güllə.

Kim deyir ki, onlar şəhid deyillər, kim deyir ki, onlar təsadüfən öldülər, azmış bir gülləyə tuş gəldilər. Yaxşı, bu azmış güllə sənə dəysəydi, ya da qardaşına dəysəydi, o zaman da deyərdinmi ki, mən şəhid deyiləm, qardaşım şəhid deyil, bizi təsadüfən vurdular.

“İnsan, üç beş damla qan” deyib keçmə. İnsanın bir də həmin üç-beş damla qanın zərrələri arasında

daşıdığı o möhtəşəm ruhuna bax, o ruhun ləyaqət və mənlik, millilik və dil, torpaq və azadlıq, vətən

və dövlət uğrunda şirin canını bir göz qırpımında fəda etməsinə bax.

Mənim üçün şəhidliyin möhtəşəmliyi odur ki, onlar o “ləzzətləri pozub acılaşdıran ölümü…”(hədis) şüurlu şəkildə, bilərək qəbul edir. İnsan ölümlə üz üzə olduğunu bilsə dəhşətə gələr, amma onlar o qədər möhtəşəm bir ruha, iradəyə sahibdirlər ki, öləcəklərini bilə-bilə ölümün üzünə baxaraq irəliləyirlər.

Təsadüfən güllə dəyən də, qəza keçirən də, suda boğulan, yanan, yeddi növ şəhidliyin biri qismətinə düşənin hər biri şəhiddir və onlar qəbir sorğu sualından azaddırlar. Hətta hədisdə deyildiyi kimi”Kim ixlas və səmimiliklə Allahdan şəhid olmaq dilərsə, yatağında ölsə belə Allah onu şəhidlər məqamına

qaldırar”. Axirətdə ən üstün mərtəbə peyğəmbərlərin, ondan sonra isə şəhidlərindir. İslamın böyük

sərkərdələrindən Xalid bin Vəlid ölüm ayağında şəhidliyin necə şərəfli olduğunu göstərərək: ”Atımı

gətirin, qılıncımı və mizraqımı əlimə verin, mən düşmənlə savaşarkən can vermək istəyirəm”

demişdir.

Burada fərdlərdən söhbət getmir, burada xalq bir nəfər, bir can şəklindəydi. Ona görə də burada can

verən şəhid, qalan qaziydi. O gün o həyəcanı beş, on, on beş nəfər deyil, hər kəs yaşadı. Meydanlara,

küçələrə heç kimi məcbur edib çıraxmırdılar. O güllə yağışında hər kəs isti yuvasında başı salamat

otura bilərdi, deyərdi ki, onsuz da biri tapılacaq, onsuz da gedən olacaq güllə qabağına. Ancaq elə

deyilmirdi, meydanlara atılmağı hərə özünün bir vicdan borcu, insanlıq borcu, bəlkə də vəzifəsi

hesab edirdi. O gün ölənlər, yaralananlar daha çox sevinirdi, ölməyən, xəsarət almayan utanırdı, niyə

mən yox deyə. O günlər ölmək vətənə xidmət sayılırdı, ölmək ucalıq, əbədilik, xalqın gözündə

qəhrəman olmaq idi. Bunu hər kəs istəyirdi. ”Suya vurulmaz pərçim” “yetər diz üstə süründün, ayağa

qalx…” deyirdi hər kəsə öz içindən bir səs sanki.

Zəncirin son halqasında ülluziyaya qapılaraq özünü xoşbəxt sayır. Halqa qopanda ayıldıq

və hayqırdıq. Gözlər açıldı….

Yaxşı, bəs ”Gözünü sabah dikən şəhidlər” arxayındırlarmı ki, onların qanı ilə qazanılan azadlıqda yaşayanlar onların qanı ilə suvarılıan torpağın hər hər dənəsini bu gün qızıldan dəyərli bilir, qapısına it hürdürmürlər?

Biz onları görmürük, əmanətlərinə necə sahib çıxdığımızı bilmədiklərini sanırıq. Biz onların övladlarına yetim, anasına sonsuz, həyat yoldaşına zavallı dedikmi? Bu sözlərdən onların torpağın altında canları sızladımı.

Burada yadıma çox danışılan bir hadisə-rəvayət düşdü: Həyat yoldaşını savaşa yola salan

gənc qadın tək yaşayır. Evi kəndin bir az kənar bir yerindədir. Kəndin dəliqanlılarından biri

gənc qadına göz qoyub yan gözlə baxır. Şəhid qadını olmasının fərqində olmadan gecə onun qapısına

gedir, görür qapıda bir adam durub, qorxub qayıdır. Sonra bir dəfə, iki dəfə təkrar gedir qadının

qapısına, hər dəfə də gecənin yarısı qapıda bir adamın əlində silahla qaravul çəkdiyini görür. Bu

hadisə onu elə qorxudur ki, gedib kəndin başbilənindən soruşur, gördüyü adamı təsvir edir, hər gecə bu qadının qapısında durub onu içəri girməyə qoymayan adamın kiimliyini  bilmək istəyir. Sonra məlum olur ki, qapıda hər gecə  qaravul çəkən adam qadının savaşda şəhid olmuş əridir. Bəli, şəhidlər ölmür demək bir az da elə bu deməkdir, onların ruhu bu dünyadakı əzizlərini qoruyur.

Buna bəlkə də mövhumat deyəcəksiniz. İnsan bəzən elə mövhumata inanmaq istəyir. Biz, sadəcə inanmaq istəyirik, ancaq artıq elm paranormal hadisələrin varlığını sübut edir.

Bəs şəhidlərin cəsədinin çürüməməsi. ” Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) verilir.” deyən ayət həm də onların çürüməməsini təsdiqləyir. Şəhidlik bütün ehkamları və fəlsəfələri yarı yolda qoyaraq ilan çayanı ilə birlikdə torpağın altına belə meydan oxuyur.

Savaş şəhidlərini yumadan, kəfənə bükmədən əynindəki paltarla dəfn edirlər, üstündəki qan məhşərdə ona şahidlik edəcək deyə umulur.

Allah şəhidləri belə uca tutur, bəs biz onlar üçün nə edirik?

  Hələ dünyanın isti- soyuğunu görməyə macal tapmamış şəhid olaraq həyatın qanını-qadasını görən gənc gözlərin qara mərmərə hopan donmuş ifadələrindən suallar yağır üstümə. Mən ölüb bir ovuc torpaq oldum, torpağımı bir qarış, bir ovuc artırdım, bəs sən nə etdin??? Mənim haqqımı necə ödəyirsən?

Düzdür, təmmanasız can verənlər bəlkə də qarşılıq istəmir, ancaq biz onların ruhunu şad etməyə borcluyuq.

Author

İklim

Follow Me
Other Articles
Previous

Nigar Rəfibəylinin şeirləri

One Comment
  1. Margaret4957 dedi ki:
    13 İyul 2026 tarixində, saat 16:02

    https://shorturl.fm/Ma8tT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme