Nilgün Marmaranın şeirləri
Maqnoliya
O vaxtlar da eyni qaranlıq, eyni yarasaydı,
Maqnoliya havalanmadan əvvəl.
Nənəmizin böyük bir paxla evi vardı,
Divanında uzun pəncərələri vardı,
Ölü doğulmuş siçanların çəhrayısı.
Babamızın ləzzətli, bəlğəmli qəzetlərini oxuyardıq,
Oxşayıb qorxarkən qoçaq anamızı,
Atamız qılman, incəlik şəfqətdi,
Kədərimizin hay küyündə yöndəmsiz müqəvva,
O yoxuşda şərəfsiz müəzzin quşları,
Sabaha qarşıdırlar, axşama qarşıdırlar,
Dizləri hamımızın dizi olmuşdu,
Uzun-uzadı bir fənər alayı…
Qaranlıq eynidir, yarasa eyni,
Ona görə yuyulurdu bu əllər,
Maqnoliya havalandıqdan sonra.
***
Qu quşunun nəğməsi
Qu quşlarının ölümcül nəğmələridir mənim şeirlərim,
Səndələyən həyatımın qara örtüklü
keşikçi sirləri.
Nə vaxtdır ləngitdiyim hər ağrı,
İndi səs çıxarır, yeni nəğmə başlayır,
-bu şeir,
Büdrərkən həyatım və bilinməz yönlərim,
Dost qalmalıdır mənə və sizə!
Çünki hücumçudan qopmuşdur o,
yuxusunu pozan dərin arzudan.
Sehrini dərin səmimilikdən alırsa,
Öz saf şiddətini yaşar artıq,
-bu şeir-
Yaradammadığım gözəlliklərin səssiz görünüşü,
əlçatmaz boyun əyən əksi,
Sevda ilə səslənir sizə!
****
Üşümüşdüm
Üşümüşdüm…
Xəyallarımın üstü açılmışdı, bu mən idim,
Arzularım çılpaq idi, bu onlar idi,
Arzularım kiçik idi, mavi suya;
Sənin kölgəli baxışlarının birbaşa istiliyi
Vəssalam!
Üşümüşdüm…
Ölülərimi daşıyırdım, o qədər kar idim,
Neçə dəfə soyuq dodaqlara toxundum?
Bilmirdim necə qayıtmaz o göz mənbəyinə,
Necə dirənər!
Üşümüşdüm…
Yaxınlaşan qışdan deyildi bu,
Dənizin ürpərtisi, göyün alaqaranlığından deyildi,
Əllərimin soyuqluğuydu həmişə bir izdihamda.
Qaçışının sirrini qəlbində gizlədiyin bilinməz sevgini
Bir də …. ver mənə
Üşüməyim.