Türklər qədim dövrlərdən Ulu Tanrıya üz tutur və bir olana dua edirdilər.
Türk Hun hökmdarları ərəblərin bütə, farsların oda tapdıqları dövrdən 800 il əvvəl bir və tək olan Tanrıya inanırdılar. Qədim türklər tək və ulu Tanrıya belə dua edirdilər:
“Ulu Tanrı.
Hər şeyi yaradan Tanrı.
Yenilməz, yıxılmaz, ölməz, bitməz, itməz, yox olmaz Tanrı.
Suyu donduran, buzu əridən, buzdan suyu axıdan, sudan çayları coşduran, çaylardan gölləri dolduran və göllərdə balıqları üzdürən Tanrı.
Quru dərələrə bulaqları axıdan, ota ağaca can verən, otdan- ağacdan çiçək açdıran, çiçəklərdən nəsil verən, arıya bal hazırladan Tanrı.
Günümüzü işıqlandıran, gecəmizi ulduzlarla bəzəyən Tanrı.
Bizə yeni il verən Tanrı.
Bu il bizə bolluq ver, bolluq gətir.
Otumuzu, otlağımızı bol ver.
Qulunumuzu, quzumuzu bol ver.
Yapağı yunumuzu, yağımızı, südümüzü, pendirimizi və qımızımızı bol ver.
Yağışımız, suyumuzu bol ver.
Bizə bol ovçuluq və heyvan ver.
Oğul qız uşağımızmı bol ver.
Anamızı balamızı, oğulumuzu qızımızı, cavanımızı, qocamızı, hamımızı bu Qara Yer üzündəki qara çorlardan (bəla) saxla, bizi işsizlikdən qoru, ey Uca Tanrı.
Yayımız yaman, oxumuz yayınmaz, qılıncımızı iti elə.
Yağının başını munsuz, biləklərimizi gücsüz, ürəklərimizi ümidsiz qoyma.
Yaz keçsin yay gəlsin, yay keçsin güz (payız) gəlsin, güz xalqa yaxşı (asan) olsun.
Quzumuz, qulunumuz, oğulumuz çox olsun.
Türk çoxalsın, dünyaya bəy olsun.
Ac , çılpaq qalmasın, dünyada nizam dirlik tapsın.
Yer – göy payı (ülüşü (pay pülüş sözü o vaxtdan qalıb-tərcüməçi)) üçün, dədə-babamızın ruhu üçün Ona qurbanlar edirik.
Ey Uca Tanrı.
Türk xalqını dövlətsiz (elsiz) qoyma. Türk xalqını başsız qoyma. Türk xalqını qanunsuz (törə) qoyma. Hun xalqının üzünü yerə əydirmə. Türk xalqını dustaq etmə. Xatun olacaq qızlarımızı kölə etmə, bəy olacaq oğullarımızı qul etmə.
Türk xalqını qoru.”
Mənbə: Ronald Kon Cessi Rassel, Tenqriizm, kitab, VSD (1 Yanvar 2012)
Hazırladı: GÜNƏŞ