Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
İctimai

“Əkinçi”dən başlanan ziyalı yolu

By İklim
22 İyul 2026 2 Min Read
1

Azərbaycan Milli Mətbuatı günü.

Azərbaycan milli mətbuatının təməli 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin  böyük fədakarlığı və əzmi sayəsində işıq üzü görən “Əkinçi” qəzeti ilə qoyuldu. Bu   qəzetin nəşrə başlaması bütöv bir xalqın maariflənmə, özünüdərk, milli oyanış hərəkatına başlama nöqtəsidir.

Tək Bir Qəzetdən Böyük Oyanışa:

Həsən bəy Zərdabi   dövrün çətin ictimai-siyasi şəraitində, çar senzurasının ağır təzyiqləri altında ana dilində qəzet çıxarmaq əsl cəsarət və fədailik tələb edirdi. Həsən bəy Zərdabi tək bir nəşrlə deyil, ideyaları ilə bütün Şərqdə yenilikçi bir dalğa yaratdı.Sadə dil və xalqa yaxınlıq: “Əkinçi” sadəcə xəbər daşıyıcısı deyil, kəndlinin, ziyalının, sıravi insanın maariflənmə mənbəyi idi. Zərdabi qəzetin dilini elə seçmişdi ki, onu hər kəs başa düşsün.

  Qəzet kənd təsərrüfatından elmin, təhsilin və mədəniyyətin inkişafına qədər geniş mövzuları əhatə edərək, cəmiyyəti qəflət yuxusundan oyanmağa çağırırdı.  Zərdabinin ətrafında Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov kimi dövrün böyük mütəfəkkirləri toplanaraq milli fikrin formalaşmasına misilsiz töhfələr verdilər.

 “Əkinçi”nin yandırdığı məşəl sonrakı illərdə “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Hayat”, “İrşad” və xüsusilə də “Molla Nəsrəddin” satira jurnalı ilə daha da alovlandı. Bu nəşrlər Azərbaycan Xalq Cümhuriyyəti dövründə müstəqil dövlətçilik təfəkkürünün formalaşmasında əsas sütunlardan birinə çevrildi.

Bü gün müasir Azərbaycan mətbuatı rəqəmsallaşma erasında yeni çağırışlarla üz-üzədir:  Bu gün informasiyanın saniyələr içində yayıldığı, sosial şəbəkələrin və süni intellektin media mühitini yenidən şəkilləndirdiyi bir dövrdə yaşayırıq. Lakin rəqəmsal vasitələr nə qədər dəyişsə də, jurnalistikanın dəyişməz prinsipi qalır: Dürüstlük, obyektivlik və cəmiyyətə xidmət.

“Mətbuat cəmiyyətin güzgüsüdür. O güzgü nə qədər şəffaf olarsa, cəmiyyət də öz nöqsanlarını və uğurlarını bir o qədər aydın görər.”Həsən bəy Zərdabinin qoyduğu təməl prinsiplər — həqiqətə sədaqət, milli maraqların qorunması və maarifçilik — bu gün də hər bir media mənsubunun fəaliyyət prinsipi olmalıdır.

  Qələminiz kəsərli, sözünüz dəyərli olsun!

Author

İklim

Follow Me
Other Articles
Previous

Qədim türklərin duası

One Comment
  1. Virginia402 dedi ki:
    22 İyul 2026 tarixində, saat 21:05

    https://shorturl.fm/ny7pw

    Reply

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme