Skip to content
iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

iklim.az

Ədəbiyyat, sənət, mənəviyyat

  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
  • ANA SƏHİFƏ
  • İctimai
  • Ədəbiyyat
    • Şeir
  • Tarix
  • Mədəniyyət
    • Sənət
  • Mənəviyyat
  • Yurdum
  • Maraqlı
  • Digər
    • Kitab
    • Müsahibə
Close

Search

  • insta
  • face
ŞeirTərcümə

 Kerol En Daffinin “Son borc” şeiri

By İklim
31 Avqust 2026 1 Min Read
0

Bütün yuxularımda,

acizliyimin qarşısında,

mənə doğru atılır o —

hıçqıra-hıçqıra, boğula-boğula, qərq ola-ola.

Əgər şeir həqiqətən də,

 tərsinə  danışa bilsəydi bunu,

hər şey məhz o anda başlayardı:

qəlpənin səni çirkli palçığa basdırdığı anda…

Amma sən heyrət içində ayağa qalxır,

tünd, qanayan qanın

palçıqdan yuxarı,

yaralarına doğru axdığını görürsən;

səngərlərinə qayıdan

gənc britaniyalıların sıralarını,

evdən gətirdikləri şəkillərə

baxdıqlarını görürsən —

analar,

sevgililər,

bacılar,

kiçik qardaşlar —

indi hekayəyə daxil olurlar,

artıq

ölüb-ölüb qurtarmırlar.

Şirinmi — Xeyr —

nəcibmi — Xeyr — vətən uğrunda ölmək.

Sən uzaqlaşırsan

Uzaqlaşırsan; eynilə o şəkillərdəki kimi —

Harri, Tommi, Vilfred,

Edvard, Bert —

tüfəngini,

süngüsü taxılmış halda, yerə atır

və bir siqaret yandırırsan.

Meydanda qəhvə,

isti fransız çörəyi var

Minlərlə ölünün saçından

qurumuş palçıq silkələnib tökülür,

hamısı yenidən həyata qayıdır.

Təzəcə həyata qayıtmış bir oğlan

xalqa “Tipperari” çalır,

Tarixdən qurtulmuş halda;

parıldayan, sağlam atlar

qəhrəmanlara, krallara layiqdir.

Sən bir divara söykənirsən.

Sənin hələ yaşana biləcək

milyonlarla həyatın var —

sevgi, iş, uşaqlar, istedad,

İngilis pivəsi, yaxşı yeməklə dolu.

Şair cib dəftərçəsini

kənara qoyub gülümsəyir.

Əgər şeir bunu həqiqətən

geriyə qaytara bilsəydi,

elə də edərdi.

Hərfi çevirmə: Günəş

Author

İklim

Follow Me
Other Articles
Previous

Yeni layihə: Dünya xalqlarının ədəbiyyatlarında gedən son dövr prosesləri

No Comment! Be the first one.

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Dərginin təsisçi və redaktoru: Ayişə Nəbi
ƏLAQƏ: e-mail: metamenn@gmail.com

ⓒ İklim Dərgisi 2026

Copyright 2026 — iklim.az. All rights reserved. Blogsy WordPress Theme