03 Aralık 2024

Şairin səsi

M. Müşfiqə

Axşamdan bəridir könlümdə yenə

Hirsli fırtınalar, qasırğalar var.

Çox da uymayıram könlüm deyənə,

Gözlərim hər şeydə bir hikmət arar.

İçim dalğalanır, sanki bir dəniz,

Mən bu dalğalarla qucaqlaşıram.

Nələr düşünürəm duya bilsəniz,

Sanki varlığımdan uzaqlaşıram.

Bəzən də fikrimin qanadlarını,

Küləklər qoparır qaldırır guya

Sürərəm əsrimin qır atlarını

Bu axın başqa bir axındır deyə

Bütün arzularım gülür yarına (sabaha)

Xəyaldan ilhamlar almamaq üçün

Baxıram Leninin kitablarına

Dəstənin dalında qalmamaq üçün…

1930

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir