06 Temmuz 2024

Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,

Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.

Sənin öz dövlətin, öz millətin, öz cəddin var

Vətən uğrunda ölənlər ölümündən doğular.

Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik

Biz Vətən naminə ölsək, dirilərdən diriyik.

Mənim öz ulduzumu bağrına basmış hilalım,

Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”

Sən bu gül bayrağım altında məramınca yaşa,

Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.

Sənin öz bayrağının kölgəsi cənnətdi sənə,

Günəş hər gün doğur ancaq içimizdən Vətənə.

Bizim iqbalımızı yazdı qılıncın kəsəri,

Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.

Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,

Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,

Sənin haqqındır azadlıq, sənin eşqindir iman,

Tapmaz haqqa və insanlığa haqqdan doğulan.

Bəşərin dərdini öz dərdi bilib millətimiz.

Biziм öz niyyətimizdən doğub hürriyyətimiz.

Gecələr yatmadan əvvəl sor özündən ki:

“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”

1 thought on “Bəxtiyar Vahabzadə:Vətən marşı

  1. “Bizim iqbalımızı yazdı qılıncın kəsəri”, rəhmətlik ustad lap bu gün üçün deyib bu gözəl sözü.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir