06 Temmuz 2024

İKLİM.AZ “SAVAŞ ŞEİRLƏRİ” SİLSİLƏSİNDƏ TANINMIŞ ŞAİR FƏRİDƏ HACIYEVANIN ŞEİRLƏRİNİ TƏQDİM EDİR.

ALİ BAŞ KOMANDAN

.

Ucaldın ucaldıqca,

Ali Baş Komandanım!

Şanına yazılacaq,

Ən uğurlu dastanım.

.

Əsrin ləyaqət əri,

Xalqının igid oğlu.

Yenilməz hünərindən,

Üzümüzə gün doğdu.

.

Ali Baş Komandanım!

Ordun bir tarix yazır.

Qarşında müntəzirdir,

Əmrinə hər an hazır.

.

Yürüşü bir od saçır,

Vuruşu yenilməzdir.

Şəhid ruhu göylərdə.

Vətənim  əyilməzdir!

.

Ali    Baş Komandanım!

Şücaətin danılmaz.

Canım  Xan üzlü Şuşam!

Düşmən əlində qalmaz!

.

Bizə xoşbəxtlik verdi,

Cəsur,  Baş Komandanım!

 Xalqımın məbədgahı,

Vüqarım, mənim andım!   

.

QANAD AÇIB UÇURAM

 .

Qanad açıb uçuram,

Uçuram göyə sarı.

Sevinc payım çox düşüb,

Apar yurduma sarı.

.

Qubadlım,Cəbrayılım,

Füzulim, Şuşam  gəlsin.

Zəngilan, Suqovuşan,

Laçın nur tək ələnsin,

.

Ağ üzlü oldu Ağdam,

Torpağı mərd əllərdə.

Cəsarətli vuruşlar,

Nəğmələnir dillərdə.

.

Qanad açıb uçuram,

Könlüm pırıl-pırıldı.

Duyğularım gül açıb,

Coşub, daşıb, duruldum.

.

Orduma qurban olum,

Qurban olum orduma.

Namusla,ləyaqətlə,

Çatdıracaq yurduma.

.

Qanad açıb uçuram,

Bu nə hal, nə həyəcan.

Sağ olsun Baş Komandan!

Bütövdür Azərbaycan!

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir