06 Temmuz 2024

Nquyen Din Txi (1924-2003)-Çinli şair, yazar, dramaturq və bəstəkardır.

UZAQDAKI QADINA

M….yə

Dar keçiddə dağların

Bulud qaranlığında

Əsgərlərin yoluna işıq salan

Parlaq  ulduz, sən kimi düşünürsən?

.

Mİn yarpaqlı ağacın buz altında

Əsgərlərin qəlbinə hənir olan,

Ey soyuq gecəni isidən alov,

Sən kimi düşünürsən?

.

Əzab çəkən torpağımtək əzizsən,

Zər zibalı suyum qədər sevirəm,

Hər an sənsən fikrimdə xəyalımda,

Hər gecənin şipşirin yuxusunda,

Yediyim loxmamdasan.

Qaranlıq gecələrdə o sönməyən ulduzun

İşığı altında biz

Ömrü boyu sevişir dalaşırdıq.

Döyünür alovun qıpqırmızı ürəyi.

Sevirik bir-birimizi,

Fəxr edirik, axı insanıq deyə.

Rus dilindən çevirən: A.Nəbi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir