24 Kasım 2024

Körpə süd şüşəsindən elə yapışıb,

Elə bil, bir daha süd içməyəcək.

Mən bayraq çəksəydim

 o uşağın şəklini vurardım

Bütün ölkələrin bayraqlarına.

.

Kim istəməzdi bunu?

O uşağın balaca ayaqlarını elə çəkərdim,

Yer üzündə bütün qumbaralar

Bir anda məhv olardılar.

Generallar döşlərindən ordenləri

Bir anda qoparıb atardılar.

Tankın yadına düşər

Bir vaxtlar oyuncaq olmaq arzusu.

Güllələrin yadına düşər

Uşaq barmaqlarına bənzəməyi.

Və müharibədə uşaqların süd şüşəsinə dəyib

Qollarını üzməyi.

.

Mən bu bayraq şəklini

Tez çəkə bilsəydim…

Allahşükür  Ağa

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir