BİR GÜNÜN SONUNDA ARZU
Yorğun gözümün halqalarında Güllər kimi açıldı qızıl dan. Güllər kimi... sonsuz, iri güllər Güllər ki, qamışdan daha nalan; Gün doğdu yazıq arxalarında! Altun qüllələrdən yenə quşlar Təkrarını ömrün edər elan. Quşlardımı onlar ki, hər axşam Aləmlərimizdən səfər eylər? Axşam, yenə axşam, yenə axşam Bir sırma kəmərdir suya baxsam; Üstümdə səma qövs-ilə sussam! Axşam, yenə axşam, yenə axşam Göllərdə bu dəm bir qamış olsam!