21 Kasım 2024

Babam Qorqud yazan Kitabdı Vətən

Nəgməsi xalqımın dilində  qalıb.

Açılıbdı cildi Araz boyunca

İki oxucunun əlində qalıb.

.

Tikanlı məftillər kəsib aranı,

Haraya baxıram sərhəd görünür.

Bu tayda ağbircək analar durub,

O tayda Ağ saclı Səhənd görünür.

.

Gözümü dikmişəm kükrəyən caya,

Nisgilim qəlbimi didir, yandırır.

Suların qoynunda bir azman qaya

Vətən balasını mənə andırır.

.

Bu taydan o taya kecirmiş bir vaxt

Köksündə yurdunun sevgi düyünü.

Yolun yarısında elə sularda

Eşidib torpağın bölündüyünü.

.

Hər taydan bir qardaş səsləyib onu,

Harayı gözündə yaşa dönübdü.

Haraya bilməyib tutsun yönünü,

Suların qoynunda daşa dönübdü.

.

Babam Qorqud yazan kitabdı Vətən,

Nəğməsi xalqımın dilində  qalıb.

Açılıbdı cildi Araz boyunca

İki oxucunun əlində qalıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir