Nobel mükafatçısından iki şeir
Luiz Qlück: (1943-13 oktyabr 2023) Luiz Qlück Nyu-Yorkda anadan olub və Lonq Islandda böyüyüb. Sarah Lavrens Kollecində və Kolumbiya Universitetində oxuyub. Doqquz şeir kitabı var. “Ararat” adlı şeir kitabı 1990-cı ildə Rebeka Conson Bobbitt Milli Poeziya Mükafatını, “Vəhşi Lalə” kitabı 1993-cü ildə Pulitzer mükafatını qazanıb. 2003 və 2004-cü illərdə Amerikanın baş Şairi adına layiq görülüb. Bollingen mükafatı və Guggenheim və Rokfeller fondlarından təqaüdlər alıb. William Kollecində dərs deyib. 2020-ci ildə Ədəbiyyat üzrə Nobel Mükafatını alıb.13 oktyabr 2023-cü ildə vəfat edib.
BALKON
Yayın sonu. Belə bir gecə idi,
Bir otaq kirələmişdik, yadımdadır, balkonu vardı
Neçə gün, neçə gecə? Bəlkə beş, bəlkə daha yox
.
Bir-birimizə toxunmayanda belə sevişirdik.
Yay gecəsi kiçik balkonumuzda durmuşduq,
Uzaqdaydı insan həyatının səsləri
.
Taxta oturmağa hazır hökmdarlar kimiydik
Düz qarşımızdaydı itaətkar xalqımız
O zaman hələ eşitmədiyimiz bir aria. Radio səsi.
.
Ölür kimsə sevgidən, tək xoşbəxtliyi də alınıb əlindən
İndi tənha bir adam
Yoxsullaşmış, gözəllikdən uzaq
.
Dözülməz bir kədərin həyəcan notları, təcrid və dəhşətin,
Yeyinləyən füqurları yavaşlatmağın imkansızlığı
Dərin sularda sürükləndilər
sərxoşcasına
.
Çox kiçik bir səhv.Uzun illərdən sonra
Yeganə yadigarıdır o otağın, o otaqdakı saatların
.
***
ON İL
Hansı sevinc toxunur
Bir təsəlli ritualına? Bir boşluq
.
Görünür dünyada
Bir şok, olduqca dərin, dəhşətli
Onun gücü tarazlaşdırır dərk edilən dünyanı
.
Sən bir məxluq idin mağaranın kənarında
Sonra bir an gəldi,
gözləri
bir şey gördü
.
Bahar: Uçurumun gözlənilməz tufanı
Və həyat
Yenidən dolan:
Ən axırda
Yer
Hər şey üçün tapılan.