04 Temmuz 2024

(əvvəli saytın 19 yanvar, 1 və 8 fevral 2024 tarixlərində yayınlanmışdır)

Qar kimi ağ buzlaqlarla örtülmüş dağlar arasında yaz və yay gec, payız isə tez gəlir. Səhərlər və axşamlar soyuqlaşır və artıq qış üçün aşağı -qışlaqlara köçmək vaxtı gəlib çatır.

Aşağıya  köçməyə qərar verəndən bəri Sırqa bala ilan haqqında düşünürdü:

– Yazıq oğlanın aqibəti necə olacaq? – o, yurtu söküb qatlayanda narahat olaraq soruşdu. Nədənsə onun əsl adını tələffüz etməyə cəsarət etmədi:

– Görəsən, biz buradan gedəndən sonra, o bizi axtarmayacaqmı?..

– Kim bilir, gəlib baxıb gedəcək. – o an eyni şeyi düşünən Asılbek cavab verdi. Bir tərəfdən balaca ilanın onlarla yaxşı rəftar etməsi və artıq öyrəşməsi onu sevindirsə də, digər tərəfdən bu münasibəti kəsməyi düzgün hesab edirdi.

“Canavar balası heç vaxt it olmayacaq” axı, o sürünəndir! Ehtiyatsızlıqdan nə baş verə biləcəyini düşünən Asılbekin bədənindən üşütmə keçirdi! “Uşaq uşaqdır, oynayanda ilanı hirsləndirə bilər, !..”

Qızını ilan sancsa, qışqırdığını təsəvvür edərək, buradan köçməyə tələsirdi.

                                       ***

İlan balası qayıdanda artıq yurtda heç kim qalmamış yurt boş qalmışdı! İlan nə baş verdiyini anlamayaraq təlaşla ətrafa baxdı, ona elə gəldi ki, göy və yer alt-üst olub yerlərini dəyişib! Bu qədər bağlı olduğu insanları günün günortasında itirəcəyini gözləmirdi!

İnsan deyil, ilan olsa da, gözləri qızardı, narahatlıqla ora-bura fırlanmağa başladı. Səsi olmadığına baxmayaraq, o, ruhu ilə bütün kainatı parçalayacaq dərəcədə qışqırdı! Yurdun köhnə yerinin ətrafında dövrə vururdu, Qızmonçokun hara gedə biləcəyini başa düşmürdü, şaquli olaraq qalxdı və bütün ərazini diqqətlə araşdırdı. Ah, kaş bütün dwnyanı bu şəkildə yoxlaya bilsəydi!

Hə bir də o bu vaxta qədər artıq  xeyli böyümüşdü…

                                  ***

 Ailə bu söhbəti heç kimə deməsə də, necə deyərlər yerin də qulağı varmış, camaatın arasında, evlərdə bu söhbət gedirdi. Hətta əvvəllər tez-tez evə gələn:

– Sırqa apa, balaca qızı öpmək olar? – deyən qonşu oğlanlar da ayaqlarını çəkdilər, indi onlardan qaçırdılar. Bir dəfə onlardan biri gözləri böyümüş halda soruşdu:

– Sırqa apa, qızınız böyüyəndə ilan olacaq?

– Nəə! sən nə deyirsən? – Sırğa qorxdu, – Bunu kim deyir?

“Bu… ana, Bokonanın anası, atası, Jiydenin anası… ee- nədi o…” deyə uşaq kəkələdi və kifayət qədər adamı sadaladı.

Heç vaxt pis söz deməyən, qarğış etməyən, Sırğa dözmədi:

– Ağızlarına qara daş! Allahsızlar, balaca uşaq haqqında necə belə danışa bilırlər?..

Eyni zamanda o, utandı. Elə bil oğru kimi yaxalanmışdı, pərişan halda gözlərini oğlandan yayındırdı.

Balaca Bektəmir isə Sırğadan təkzib eşitmək istəyirdi, amma eşitmədi və uzun müddət ayaqqabısının ucunu yerə basaraq dayandı…

                                        ***

Həmin il qar tez yağdı.

Bü gecə də lopa-lopa yağan qar dağları, düzənləri ağ rəngə boyadı.

Sırqa səhər yuxudan oyanıb üşüyə-üşüyə pəncərədən bayıra baxaraq dedi:

“Qar yağdı…” bala ilan yadına düşdü. – Necəsən, ay yazıq? – nigaranlıqla dağlara baxdı.

– Bir də onun haqqında eşitməyim!  Beləki insanlardan yaxşı bir şey eşitmirik! – Asılbek səsini yüksəltdi. O, doğrudanmı hirsli idi, yoxsa özünü elə aparırdı? Sirqa susdu. O vaxtdan bəri, o, ilan haqqında danışmağı, onun adını çəkməyi yığışdırdı, hətta sonra da unutdu. Lakin, körpə tez-tez ilanı xəyal edirdi. İlan əvvəllər olduğu kimi, o qıvrılır, başını o tərəf bu tərəfə çevirir, rəqs edir, onu əyləndirməyə çalışırdı. Bir səs eşidən kimi  ətrafa baxaraq onu axtarırdı.

Sırqa və  Asılbek bu il yay üçün tamamilə başqa yerə köçmək qərarına gəldilər. Amma!.. Onların planlarını təxmin etmiş kimi ilan balası yenə də onların həyatında peyda oldu.

                                           ***

Qızmonçok artıq danışmağa başlamışdı, artıq yavaş-yavaş yeriyirdi. Yeriyəndə hələ yıxılıb dururdu.

 Qoyun qırxmı vaxtı gəlmişdi. Körpə həyətdə, valideynlərinin yanında oynayır, əlindəki ağac budağını, şaxı yelləyərək qoyunları qovurdu. Qızlarına baxan cütlük onun hərəkətlərinə baxıb sevinirdilər.

– Yavaş-yavaş insana çevrilir, hə, atası? – deyə Sırqa şad olurdu.

 O növbəti qoyunun ayaqlarını bağlayırdı, Asılbek isə əlindəki qoyunu  qayçılayaraq çılpaqlamışdı. Bu zaman bütün qoyunlar hürküb Asılbekə tərəf qaçdılar və nədənsə qorxmuş kimi bir bir yerə toparlandıalr. Həyətin o biri başında bircə Qızmonçok qalmışdı!

– Onlara nə oldu?! – Sirqa ətrafa baxaraq soruşdu.

“Yəqin it pişik keçdi” Asılbek buna əhəmiyyət vermədi. Sırqa qızı çağırdı:

– Qızmonçok?! Bura gəl, qızım?

Amma qızı anasına belə baxmadı. O, əlindəki şaxı yerə atıb qoyun axurunun yanında dayanmışdı. Deyib gülür, özü-özüylə oynayırdı.

– Koşş! – Sırqa qoyunları küncdən geri qovdu, lakin onlar yerindən tərpənmədilər. -Onlara nə olub? – qoyunları arxadan itələyərək öz-özünə soruşdu. Birdən ağlına bir şey gəldi və düşünüb daşınmağa macal tapmadan  bir anda qızının yanında oldu.  Ana ürəyi…

Səhv etməmişdi! Qoyunların adətən yem yediyi uzun axurun kənarında bir ilan başını qaldırıb Qızmonçoka baxırdı. Sırqa özünü itirdi, nə edəcəyini bilmirdi, ərini köməyə çağırsın, ya qızını qucağına alıb ikisinə baxaraq yalvarsın.

– Nə olub? – deyə əri soruşdu. Sırqa cavab vermək əvəzinə ona lal kimi baxdı. Sonra Asılbek işini tərk edib yaxına gəldi, gözlərinə inanmadı – ilan! Həmin ilanın özü!, amma bir az  böyüyüb dəyişib. Onlar ilan balasını dərisinin və gözlərinin rəngindən tanıyırdılar. Qızmonçok toppuş balaca əlləri ilə ağ ilanın başını və kürəyini sığallayır, şəfqətlə onlara baxırdı. Özünə gələn Sırqa uşağı qucağına aldı, lakin qız ilana tərəf dartınaraq ağlamağa başladı. Asılbəyin çənəsi sıxıldı, əzələləri dartıldı. Xalqın “Qızmonçok böyüyəndə ilan olub, ilan doğar…” dedi-qoduları həmişə onun qulaqlarında səslənirdi, onu əsəbiləşdirir, dəli edirdi. Ona görə də o, ilan balasına nifrət edir, onu elə oradaca öldürmək istəyirdi. Asılbek parıldayan, itilənmiş qoyun qayçısını göydə fırlatdı. İlan dərhal gözdən itdi. Burada Sırqa həyəcanla,təlaşla:

– Sən dəlisən?! – ərinin qolundan tutdu. -Olub keçənləri unutmusan?! Onları özümüzə yenə düşmənmi etmək istəyirsən… bəlamı istəyirsən?!

– Ehh! Məndən uzaqlaş! – Asılbek hirslə  onu itələdi və getdi.

O gündən etibarən bu ailədə yenidən narahatlıq və qorxular hökm sürməyə başladı. Ağ ilan isə hər şeydən məmnun idi. Ruhuna yaxın adamları tapdığına sevinirdi. Lakin bu ərazinin ətrafında, yaxınlıqda Asılbekdən ehtiyatlanaraq sürünürdü.

                                          ***

Asılbek bu il də həmişəki caylooya-yaylağa köçmüşdü və başa düşürdü ki, onsuz da izlərini ağ ilandan azdıra bilməyəcəklər.

Bir az böyüyən Qızmonçok daha ağıllanmışdı və anlayırdı ki, valideynləri həqiqətən də bala ilanın gəlib getməsini bəyənmirlər. Nəhayət, ilan hər dəfə onun yanına  sürünəndə qız valideynlərinə yaltaqlanır, onların üstünə yüyürür, növbə ilə boyunlarından qucaqlayırdı. Bunu Asılbəklə Sırqa da başa düşürdü, ilan da. Yenə də yaylaqda kiminsə ilan görəcəyi ilə bağlı dedi-qodulardan qorxmur və daha sakit yaşayırdılar. Ən çox da Kızmonçok və ağ ilan bəxti gətirmişdi. Səhərdən axşama qədər birlikdə oynayırdılar. Qızmonçok nəsə danışır və ilan balası da qıvrılmış şəkildə, insan kimi diqqətlə onu dinləyirdi.

Asılbek  tez-tez evdən uzaqda olduğundan, mal-qaraya baxırdı. Sırqanın isə bütün düşüncələri yalnız qızı haqqında olurdu. O, həmişə bu iki oyunçuya baxır, hətta onların qarşısında bir azarkeş kimi sakitcə oturur, gözlərini onlardan çəkmirdi. Gah onların isti münasibətinə sevinirdi, gah da qorxurdu, nəinki qızı sancacaq, başqa fikirlər… “Ola bilməz?!” – öz düşüncələrindən özü qorxurdu. O, dünyaya gətirdiyi balaca qızını təsəvvür belə edə bilmirdi. Təsəvvür edə bilmirdi ki, bir gün o, ilana çevriləcək.

“Fikirlərimi islah et, səhv fikrimi düzəlt, ey Yaradan!.. Bağışla məni?- əllərini açaraq dua edirdi.

“Bəs ilan insana çevrilsə?..” deyə narahatçılıqları arasında düşünürdü, “Əgər Yaradanın həqiqətən də dəyişmək qabiliyyəti varsa… Yox! – fikirlərinə etiraz edir, – Heç vaxt belə olmaz!

Heç kim heç kimə çevrilməyəcək! Yalan! Nağıl!..” Sirqa fikirlərə dalarkən Qızmonçokla ilan uzaqlaşdılar. Bəzən körpə ilanın belinə minib oturur və ayaqları hər iki tərəfdən asılmış vəziyyətdə onu qovur:

– Çu! Çu!

İlan isə belə hallarda elastik bədənini gərginləşdirərək dartmaqdan, və irəliyə doğru hərəkət etməkdən məmnun olurdu. Qızmonçokun sevincinin həddi-hüdudu yox idi və o, ucadan qəh-qəhə çəkib gülürdü. Onlara baxan Sırğa da hərdən qızına qoşulub  gülürdü. Hərdən ikisi də çəmənlikdə yıxılanda o, narahat olurdu: “Birdən uşaq onu tapdayar, əzər, incidər və istər-istəməz o da qızı  dişləyər, çalar!” Qızmonçok ilanın balasını bəzən gəlincik kukla kimi qucağına alır, ilanın uzun bədəni qızın ayaqlarına dolaşır və üzü aşağı yıxılırdılar.

                                   ***

O vaxtdan neçə bahar, neçə qış dəyişdi , neçə dəfə yeri qar örtdü,ot basdı. Qızmonçok böyüyüb gözəl, incə bir qız oldu. O, anasına yaxşı bir köməkçi idi, əlindən çox işi gəlirdi. Sırqa qızının bəd nəzərə gələcəyindən qorxur və daim onun üstünə hər cür gözmuncuğu asırdı. Onun gözəl xasiyyəti, öz gözəlliyi və simasının sirli və müəmmalı olması həmkəndlilərinin xoşuna gəlirdi. Onun adı gəıəndə  kəndin ən özünə güvənən cigitlərinin və yeniyetmələrinin ürəyi “zirp!” eləyib, yerindən qopurdu. Lakin qız heç kimə üstünlük vermirdi. Hətta hündürlüyü ilə bir-birinə yetişən qonşu qardaşlar – cigitlərin belə, hər ikisinin gözü Qızmonçokda idi, ona qarşı qısqanclıq ucbatından vaxtaşırı üz-üzə gəlirdilər. Bunu görən anaları başqaları eşitsin deyə ucadan hay-küy qoparıb:

– Kənddə Asılbəyovun ilan qızından başqa qız qalmayıb, yoxsa nədi?! Gözünüzü tam açın, qulaqlarınız eşitsin, mənim mübarək evimə, bu qız ayaq basa bilməz! O, incə və səliqəli görünür, ona görə də sizə mələk kimi görünür?! Əjdaha da  belə tilsimə salır!

“Apa, sakit ol, eşidəcək…” Bektemir soruşur.

– Qoy eşitsin! Ona görə danışıram! Mən onlardan niyə qorxmalıyam?!.. – Sairə getdikcə əsəbiləşir. Yazıq Bektəmir belə məqamlarda anasının hayasızlığından utanıb yerə girmək istəyir. Yalnız Çintemir qardaşına deyir: “Sənə bu da azdı,sənə belə lazımdı! Eşit indi!” – o, istehza ilə gülümsəyir. Bunun bir səbəbi vardı. Və bunun bir səbəbi var:

Bir gün atları kəməndləyib çöldən qayıdan qardaşlar bulağa suya gedən Qızmonçokla qarşılaşırlar. Qız vedrəni doldurub boynuna apköç (apköç – vedrələr asılan və çiyinlərdə daşınan əyri ağac parçası) asanda ilk olaraq Çıntemir qıza yetişdi:

“-Ver, mən aparacağam” dedi.

– Yox! Mən özüm… Təşəkkür edirəm! – qız imtina etdi.

Bir xeyli hər üçü səssizcə yan-yana getdilər. Qızın çiyinləri artıq yoruldu Bektemir:

– Onu mənə ver? “Sənə kömək edəcəm” dedi və onun qabağını kəsdi.Çiyinləri ağrıyan qız etiraz edə bilmədi.

Qızın al-qırmızı paltarı batmaqda olan günəşin çəhrayı işığına daha da uyğun gəlirdi, uzun kirpikləri günəşin oxu kimi çırpınır, hər dəfə gözünü qırpanda xüsusilə gözəl və cazibədar görünürdü. Qızmoncoq yerdə günəş kimi idi.

Bütün bunları görən Çintemir qıza əsəbiləşib: “Sən məni balaca hesab edirsən?!” Bektemirə daha çox güvənirsən?! O, mənim böyük qardaşım olmasaydı, onun ağız burnunu əzib vedrəni də başına keçirərdim! Onda görərdin ki, o nə qəhrəmandır!..” – fikirlərində danışırdı. Qızmonçok başını yırğalayıb, yuxarıdan aşağı baxan oğlanın fikirlərini oxumuş kimi gülümsəyərək ona baxdı.

 Qızmonçok qonşu uşaqların axmaq hərəkətlərini istəmirdi. O, sadəcə olaraq tək qalmağı, heç kimlə görüşməməyi, heç kimlə danışmamağı xoşlayırdı. O heç uşaqlarla oynamırdı da. Baxmayaraq ki, bütün uşaqlar ay işığında “akçölmök” oynayırdılar (akçölmök – ay işığında ağ çubuq axtarmaq).

Gecə yarısı ondan başqa hamı bir dairədə oturub oyunlar oynayır, sonra dayelləncəkdə yellənirdilər. Xüsusən də oxuduqları gənclik, məhəbbət nəğmələrini külək hər tərəfə yayırdı və yalnız gecə yarısından sonra valideynlər övladlarını çağırırdılarş Artıq iri qulaqlı itlər hürür, çəyirtkələr cırıldayırdı, qurbağalar quruldayırdı…

Lakin bütün bunların heç biri Qızmonçokun fikrini yayındıra və cəlb edə bilmirdi.

Anası onun ilandan uzaqlaşmasını və digər uşaqlara qarışmasını istəyirdi.

– Qızım, sən də oyna! Hə get.

– Yox, ana! Mən onlarla oynamaq istəmirəm. “Atamdan yeni melodiyalar öyrənməyi üstün tuturam” deyərək atasının melodiyasına qulaq asdı və ona baxaraq öyrəndiklərini təkrar etməyə , öz melodiyasını yaratmağa başladı və onu dönə-dönə təkrarladı. O da atası kimi gözlərini yumub hansısa sirli melodiyaya qulaq asırdı. Belə məqamlarda ilanı gözləyir və nədənsə ona elə gəlirdi ki, o evdən çıxsa,  Can onu tapmayacaq. Can həmişə qəfil və hər yerdən peyda olurdu. Ancaq Qızmonçok həmişə onun yaxınlıqda olduğunu hiss edir və soruşurdu: “Can, buradasan?” Ən qəribəsi odur ki, uşaqlıqdan bir-birlərini uzaqdan hiss edirdilər, zehni olaraq ünsiyyət qura bilirdilər. Can onu küləkdən belə qoruyurdu və ya bəlkə də qısqanırdı. Qızmonçokun ümumiyyətlə evdən çıxmamasının başqa bir səbəbi də, Canın qısqanclıq ucbatından kiməsə zərər verə biləcəyindən qorxmasıdır. Onsuz da bütün kənd bu ailədən ehtiyatlanırdı.

Qız bu cür böyüməsindən valideynləri daim dərd qəm içində idilər. Dua edirlər ki, qızları söz-söhbətdən qurtulsun, özünə ər tapsın, xoşbəxt olsun. Qızını bədbəxt edən Canı hərdən Asılbek öldürmək istəyirdi. Onu dayandıra biləcək tək şey Sırqanın göz yaşları idi. O, Asılbəyə deyirdi ki, ilana zərər vurmaq yaxşı deyil. Ancaq şayiələr və fəzilətli Bubu-enənin son sözləri: “Nəhayət, qanınız və ruhunuz ilanlarladır!” – onu sakitləşməyə qoymurdu:

– İlana de! Qoy getsin! Gözümə görünməsin! Yoxsa!.. – qızına hirslənirdi. Lakin Asılbek ilanı öldürə bilmədi. Üstəlik, Bubu-enənin ölümündən əvvəl dediyi bir söz də var…

Yüz yaşına yaxın yaşayan Bubu nənə uzun müddət xəstə yatırdı. Çox zəifləmişdi. Yenə də daxil olanları və gedənləri tanıyırdı, hər birinə diqqətlə baxırdı, sanki kimisə gözləyirdi, gələnləri qarşıladığı kimi gedənləri də onları yola salırdı. Neçə gündür danışmayan Bubu-ene bir səhər halını soruşmağa gələn Asılbəylə Sırqanı tanıyıb, nə isə deyirmiş kimi əlini yellədi, zəifcə başını tərpətdi. O, iflic olmuş əlləri ilə Asılbəyin əlindən tutub uzun müddət çabalayaraq nəsə deməyə çalışırdı. Axır:

– Ona toxunma!…

– Ona toxunma! – dedi.

Asılbəy Sirqaya baxdı. Qalanları üçün mövzu sirr olaraq qaldı və yalnız ikisi ananın nə danışdığını başa düşdü və Asılbəy “Yaxşı” deyən başını tərpətdi. Yalnız bundan sonra nənənin sifəti rəng aldı və canlanmağa başladı. Onun ruhu sakitləşdi, bədəni tərlədi, gözləri bağlandı.

Həmin günün ertəsi səhər kənddən qışqırıqlar, çığırtılar eşidildi.

– Asılbek, qalx! Deyəsən, Bubu-ene öldü! – Sırqa dedi. Tələsik paltar geyinərkən Qızmonçokun yastığının ətrafında bir ilanın dolandığını gördü və ilanın yalnız gecələr gəldiyini başa indi düşdü.

                                      ***

Qız yuxudan oyananda valideynləri evdə yox idi. Pəncərədən gələn günəş işığı  onun gözünə düşdüyündən üzünü yana çevirdi və yastığının yanında ona baxan bir ilan gördü. Qız üzünü örtən saçların arasından nəvazişlə Cana baxdı. Bu zaman qız hiss etdi ki, onların dostluğu uşaqlıq dairəsindən çıxır və getdikcə daha da mürəkkəbləşir. Eyni zamanda, əvvəllər ağlına gəlməyən suallar indi getdikcə çoxalırdı. Əvvəllər onlar arasında dostluq, bir-birinin dilini bilmək adi hal kimi görünürdü. İndi isə görünür ki, bu belə deyil. Digərlərində bu keyfiyyətlər yoxdur. Bunu çox gec başa düşdülər. Bəs niyə başqalarından fərqli yaradılıblar? Bunu heç kim başa düşmürdü, nə özləri, nə də başqaları.

Qız uşaq olanda ilan ona başqalarından fərqli olaraq oyuncaq kimi görünürdü. Onu həmişə hərəkət edən, sürünən, ağzı, gözləri və nəhayət, insan kimi ağlı olan bir oyuncaq kimi sevirdi. O, “jılan” tələffüz edə bilmədi, ona görə də onu “ja-an” adlandırdı və adı əbədi olaraq Jean oldu. Onun dilində “Jan” ruh,can deməkdir. Onlar böyüyəndə Qızmonçok onu ən yaxşı dostu kimi tanıyırdı və hər ikisi bu adı sevirdilər. Amma getdikcə Canınn xasiyyəti dəyişdi və o artıq əvvəlkindən fərqli idi. Həmin nadinc, şıltaq köhnə dəbli ilan düşüncəli, ağıllı bir insan kimi oldu. Görünüş artıq əvvəlki kimi deyildi. Bir qədər düşüncəli və ağıllı,əkə-bükə bir insan kimi. O elə bilki, nəsə demək istəyirdi, amma tez gözlərini qaçırıb qızdan yayınırdı. Buna görə də Kyzmonchok da bu yaxınlarda dəyişmişdi. O, əvvəlki kimi Qızmonçoka sığal çəkmir, onunla oynamır, özünü sakit aparırdı. Bu qızın xoşuna gəlmirdi. O, Canın dəyişməyə başladığına təəccüblənir və inciyirdi. Qız bəzən ilanın fikirlərini oxumaq istəyirdi, amma qorxurdu.

 Son zamanlar Qızmonçok ilanın gözlərinə baxa bilmirdi, gizlicə onun deyə bilmədiyi bir şeyi gizlətdiyini hiss edirdi,amma özü də buna inanmaq istəmirdi. Ancaq bu məxluqu özündən uzaqlaşdırmaq olmazdı. Onsuz həyatı təsəvvür etmək mümkün deyildi. Və o nəinki ilana, həm də özünə nə baş verdiyini anlamır və inanmırdı.

 İndi hər ikisi gözlərini bir-birindən çəkə bilmir, sakit bir-birlərinə baxır və öz fikirləri ilə danışırdılar.

İlan insanların arasında yaşadığı üçün onların təkcə dilini deyil, həm də həyat tərzini, adət-ənənələrini bilirdi. O, sadəcə insan kimi danışmağı bilmirdi. Hətta indi də ilanın gözləri bir növ kədərlə doldu,gözlərinin dərinliyi gözyaşı və sevinclə bir-birinə qarışdı və o bu ülvi duyğular altında qıza baxdı. Qız ilan aləmini hiss etdi, amma nədənsə gözləri qaraldı və həyatında görmədiyi, əvvəllər hiss etmədiyi və hələ də tanımadığı bir hissdən titrəyirdi.İlanın da bədəni titrəyirdi, sanki onun böyük sirləri, ruhu kiçik  bədəninə sığmırdı.

 – Mən səni sevirəm, Qızmonçok!

-?! – qız nə deyəcəyini, nə edəcəyini bilmədi. Çaş-baş qaldı! “Mənə nə olub?” “O, özü-özünə yalan danışdı və bəhanə gətirdi: “Xeyr, səhv başa düşdüm. Can iddia edir ki, o, məni dost kimi sevir…”

– Yox, əzizim! – fikirlərini oxuyan Can dedi, – mən səni həqiqətən sevirəm, dost kimi deyil! İnsan olduğunu unudaraq, canımla, saf duyğularla, saf məhəbbətlə səndə tapdığım insani hisslərinlə sevirəm!

Bu sözlər Canın gözünə yazıldıqdan sonra Qızmonçok gözlərini yumdu: “Xeyr! Yox! O, insan deyil! Onun bir insanı sevməyə haqqı yoxdur! Deyəsən, səhv oxumuşam!.. Hə, hər şey səhvdir! Mən xəstəyəm…” deyə düşündü, ürəyi döyündü və onu tər basdı.

İlan ürəyində olan hər şeyi açıb tökdü və açıqca dedi:

-Bağışla məni, Qızmonçok?!.. Əgər ürəyinə dəydimsə, səni üzdümsə, məni bağışla?! Amma mən…

-?.

– Yadındadırmı, sən həmişə mənə deyirdin: “Sən fərqlisən, heyvana oxşamırsan. İnsan kimi düşünürsən. Özünü insan kimi hiss edirsən. Heyf ki, danışa bilmirsən!” Bunu həmişə qürurla, bəli, heyrətlə və səmimi sevinclə deyirdin. Mən də səni daha da sevindirmək istəyirdim. İnsan dilini öyrənmək istəyirdim! Bütün insanlığı təəccübləndirmək,heyrətləndirmək və beləcə yenilik etmək istəyirdim! İnsan olmaq istəyirdim! Daha çox! Sənin yanında oyuncaq deyil,əsl centlmen olmaq istəyirdim! Kainatı insanca tanıyıb anlamaq və insanlarla heyvanlar arasında körpü yaratmaq istəyirdim! Amma bu sonsuz məqsədlərimin heç vaxt gerçəkləşməyəcəyini bilə-bilə, mən niyə bu yalançı xəyala inandım! Amma bütün bunların bir gün mənə zərər verəcəyini haradan biləydim?!

-?..

– Bir dəfə sənə yuxumu deyəndə dedin ki, “gənclərin arzuları gerçəkləşir”.  Mən buna inandım. Mən hələ də inanıram… Axı ağlımın, məqsədlərimin, sevgimin, gələcək taleyimin Tanrısı Sənsən!

-?..

Qızmonçokun ilana rəhmi gəldi və ilanın ürəyinin harayını qəbul etdi. “Bəlkə də beşikdən bir yerdə oynayıb böyüdüyümüz üçün sənin qoxunu hopdurmuşam”… O, gözlərini onun sonsuzluq kimi əriyib gedən yazıq donmuş gözlərindən çəkib fikirləşdi: “Nə fərqi var, o sevir, mən yoxsa yox?!” Nə olsun ki?! – dedi, öz-özünə danışaraq, – Bayaq dediyim kimi, onun heyvanilikdən kənara çıxıb adam olmağa can atmasına səbəb mən olduğum üçün, indi mənim diqqətsizliyimin sonu belə olacaq! Amma…nə deyim?!”- bu suala gələndə o şoka düşdü.Amma hər halda bu ağır vəziyyətdən çıxmaq lazım idi!Nə deyim?…

Qızmonçok ilana baxıb gülümsündü. Qızın “parıldayan” parlaq əhval-ruhiyyəsi sayəsində evin içi işıqlandı və ilan da fərqli bir əhval-ruhiyyəyə düşdü. Qız bir əli ilə yastığı qucaqlayıb, digər əlini ilana uzatdı, ilan da başını isti ovucunun içinə qoydu. Ovucun istiliyi ilanın soyuq bədənini aşağıya doğru hərəkət etdirdi və başı ondan başqa heç bir ilanın hiss etmədiyi qəribə həzz və sehr hiss edərək fırlanmağa başladı!..Can hər dəfə fırlananda özünün bir qədər də insane çevrildiyini hiss edirdi. Ona görə də bunun uzun müddət davam etməsini istəyirdi.Hətta Qızmonçok da ona sehrli görünürdü. O inanmaq istəyirdi ki,insan nəinki ağıllıdı,o həm də mümkün olmayan etməyə qadirdi. O buna inanırdı: “Qızmonçok günün birində ilana çevriləcək”. Tədricən, onu əhatə edən fenomeni anlamağa başladığı andan bunun qeyri-mümkün olduğuna əmin oldu və indi o, Qızmonçokun qarşısına insan kimi çıxmaq istəyirdi!

   “Əgər belə bir möcüzə yaratmağa  mən yox, hətta Yaradan da qadir olmasa… bundan sonra nə olacaq?!” – Can fikirlərində öz-özüylə danışırdı. Yaxşı… Onun Qyzmonçka olan sevgisi çox böyükdü! Limitsiz! Real! Amma deyək ki, Qızmonçok onun sevgisini qəbul edir, bundan sonra nə olacaq?! Həyat necə başlayıb ,necə davam, edəcək necə bitəcək?!

Fikirləşəndə ​​nə cavab tapırsan, nə də gizlənəcək yer. Bəs Qızmonçokun ona pis, nifrət dolu gözlərlə baxmadığı, halda onun bu nəvazişli baxışı nə qədər dəyərlidir?..

Həmişəki kimi qıza sığal çəkib sığallayırdı, başını sinəsinə söykəyib onun nəfəsini, ürəyinin döyüntüsünü dinləyirdi. Birdən ilan onun bədəninə sarılaraq oynamaq istədi. Amma bunu hiss edən Qızmonçok, həmişəki kimi, o biri ovucu ilə əlində olan ilanın başını sığalladı. Bundan dərhal sonra ilanı yerə qoyaraq geyinməyə başladı. Salxımlı söyüd kimi burulub burulan ağ ipək paltar qızın gözəlliyini daha da üzə çıxarırdı.

İlanın baxışlarından şoka düşən qız ilk dəfə onun ürəyinin döyüntüsünü dayandırmağa çalışdı. O, belə bir çıxılmaz vəziyyətə düşdüyü vaxtda valideynlərinin evdə olmamasına təəssüflənirdi. Bu fikirlərin arasında qalan qız valideynlərinin ibadətə getdiklərini biləndən sonra nədənsə onların tez bir zamanda qayıtmalarını istədi. O bu narahat dəqiqələrdən və ürəkağrıdan hisslərdən harasa qaçmaq istəyirdi. Bu durum,bu hiss,duyğular onunla Can arasında heç vaxt bitməyəcəkdi …

O, bayıra çıxanda günəş kifayət qədər qalxmışdı. Artıq, zirvələri ağ qar və mavi buz bürüdüyü, nəhəng dağların səmaya qovuşduğu görünürdü. Ay öz qızıl işığını dünyaya tökərək artiq öləziyirdi. Dağın o tayından əsən külək Qızmonçokun üz gözünü oxşadı və o, xoş bir təravət hiss etdi. Həyəcanlı qız hislərin qucağnda sanki uçub gedirmiş kimi arxaya çevrildi, uzun müddət harasa səyahət edən buludlara baxdı və dönüb çiyninə vedrə ilə “Apköç” qoyub bulağa getdi. Bulağa gedən yol Bektəmirlərin evinin pəncərəsinin altından keçirgi. Bütün fikri,zikri Qızmonçokun yanında olan bu qarabəniz gənc oğlan qız su gətirməyə gedərkən ona baxır və qız keçib getdukdən sonra da gözləri bu yola dikilirdi.Nədənsə, o nə anasının sözünə, nə də camaatın dedi-qodularına inanmırdı. Uşaq ikən qız və ilan haqqında bütün bu söz-söhbəti eşitmişdi. Buna baxmayaraq, uşaqlıq xəyallarında qızın gözəlliyini başqalarından fərqli, xüsusi hesab etmişdir. O vaxtdan bəri o, iztirab içində idi və buna görə də onun dalıınca gedirdi və həmişə ona inanmaq, onunla danışmaq istəyirdi.  Bəkdəmir həmişə düşünürdü ki, sakinlərin, xüsusən də qadınların söylədiyi bütün bu “nağıllar” Qızmonçokun gözəlliyinə həsəddən yaranan söz-söhbətlərdir. Axı o, hətta onunla qonşuluqda idi, gözünün önündə idi, qızın nə axmaqlıq etdiyini, nə də çirkin oyunlarla məşğul olduğunu görməmişdi.

Bu fikir onu həmişə sakitləşdirirdi. Amma bu oğlan həmişə sikkənin o biri üzünə hazır idi. Qız və ilan əfsanəsi doğru olsa belə, qızdan imtina edə bilməzdi! Ancaq gənc bilmirdi ki, Can onun bu hisslərini, Qızmonçoku ona qısqandığını, Bekktemiri özünə rəqib etməsini nə qədər vaxtdır bilir.

 Asılbek və Sırqa ilanın qısqanclığını lap əvvəldən bilirdilər və narahat olaraq: “İlan kimisə qısqanıb çalmasın!” – deyə düşünürdülər. Onsuz da sakit, fağır,öz tükü üstündə dolanan ailə bu kimi hadisələrə görə təqib olunurdular, onsuz da az qala   daş-qalaq edilirdilər, hətta kənddən qovulmaq təhlükəsi yaranmışdı. Amma ilanı qovub bütün bunları kökündən qurtara biləcək bir cəsur,bir igid yox idi. Asılbek də o qədər dəyişmişdi ki, uzun müddət idi, komuzu əlinə almırdı.

O, hətta atını sürüb ilanın zəhərini necə çıxarmağı öyrənmək üçün ucqar kəndlərdən birinə getmişdi və bunu öyrənmişdi.

   – Nə danışırsan, Asıke! Yoxsa o gecəni artıq unutmusan?! Hər şeyi unutsan belə, Bubu-ene sözlərini unutma! – Bu sözlərdən sonra Sırqanın rəngi ağardı.

   – Hey, bunda pis bir şey yoxdur! Bu ilan vəhşi ilan olmadığına görə, zəhər vəzisi çıxarılmalıdır! – əri deyir.

– Dayan, Asılbek! Dayan, xahiş edirəm! Qorxuram!.. Bilmirəm, ondan necə qorxmamaq olar! Üstəlik, Can bu qədər il bizimlə olub və o sudan sakit, otdan aşağı olub!

   – Nə qədər sakit olsa da, heyvan – heyvandır! “Canavarın qulağını kəsməklə  it olmaz. Canavar balası canavardı” deyir. İndi yox? deməli…

   – Allah eləməsin! Heyvan olsa da, sözləri başa düşür!

   – Yaxşı, oldu, aydındı! Yetər! Sən ona övladın kimi baxırsan!..

   – Biz bunu etməliydikdiksə, hələ bala olanda edilməli idi. İndi o, səndən iki dəfə böyükdür… – indi mən ilana görə deyil,  səndən narahatam.

   – Allahım! Pis gözdən, pis sözdən qoruyub saxla?!  Heyvan da olsa, ona vicdan, ağıl aydınlığı nəsib et?!  Allah eləməsin, kimisə dişləyir və bütün xalq bizi,qınayar, lənət oxuyar! Olsun… İnşallah, kaş ki, qızım da taleyini özünə bərabər birisi ilə bağlayıb, xoşbəxt olaydı?!. Allah rüsvayçılıqdan uzaq eləsin – sonra həmişəki kimi Allaha dua etməyə başlayır. Son vaxtlar bu, onun bir vəsvəsəsinə çevrilmişdi və o, dayanmadan təkrarlayırdı. Sırqa Yaradandan ilanı onların həyatından tamamilə silməsini xahiş edirdi. Və ilanın gözünə baxmadan, tərəddüdlə deyirdi: “Qayınanası qızını danlayır, gəlininə isə elm verir”.-”A qızım sənə deyirəm,a gəlinim sən eşit”.

 Bütün bunları hiss edən Can başqalarından, hətta Kyzmonchokun valideynlərindən də gizlənməyə, gözlərinə görünməməyə  başladı.

(davam edəcək)

QIRĞIZ dilindən çevirən ELLİ ATAYURD

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir