21 Kasım 2024

Osmanlı Hanədanlığının 7-ci padişahı, çağ açıb çağ qapayan, 7 dil bilən, Qərbin “Böyük Türk” adı verdiyi, elmin bir çox sahəsində mükəmməl təhsil alan, 21 yaşında İstanbulu fəth edən, 15 əsrlik Bizans imperatoruluğunu yıxan, 30 illik hakimiyyət dövrü Osmanlının altun çağı adlanan, sənətə və mənəviyyata çox önəm verən, Ağ Şəmsəddinin tələbəsi olan Fatih Sultan Məhmət həm də Avni təxəllüsü ilə gözəl şeirlər yazarmış. Ömrü savaşlarda və fəthlərdə keçən bu insan şeiri sevəcək qədər də incə ruhlu idi. “İstanbul mütləq fəth ediləcək. Onu fəth edən sərkərdə nə böyük sərkərdə, onu fəth edən ordu nə böyük ordudur” qutlu Hədisinin ünvanı da Fateh Sultan Məhmətdir.

Fateh Sultanın “İstəməm” şeirini sizə təqdim edirik.

***

İSTƏMƏM

Sən qoxmayan gülü neyləyim,

Neyləyim sənsiz baharı?

Sən doğmayan günü neyləyim,

Neyləyim sənsiz dünyayı?

Sənin təninə dəymədən gələn yağmuru istəməm,

Məltəmi istəməm.

Səni parlayacaqsa parlasın ulduzlar,

Sənə yanmayan ulduzu səmalarda istəməm.

Bülbüllər söyləyəcəksə səni söyləsin,

Səndən oxumayan bülbül olsa dinləməm.

Həsərətim sən olacaqsan yansın ürəyim,

Qovuşanı sən olmayan qürbəti istəməm, vətəni istəməm.

Bir atəş yandıracaqsa məni qəlbimdən,

Sənin eşqinin atəşi yandırsın,

Səndən ayrı başqa bir eşqlə kül olursa qəlbim,

Bu qəlbi istəməm, atəşi istəməm, qoru istəməm.

Səni görmədiyim vahələr bədəvilərin olsun,

Mən sənin çölünü istərim, suyu istəməm.

Sənə çıxacaqsa durmaz gedərəm,

Sonu sən çıxmayan yönü istəməm, yolu istəməm.

Mən könüllü bir köləyəm, qulağımda küpəm.

Qəlbini fəthedəcəksə keçərəm min Sinayı birdən.

Yoxsa nəyimə?

Bu fəthi istəməm, Misiri istəməm, cahanı istəməm.

Mən Sultan Fatihəm, önündəyəm İstanbulun.

Yandıraram bu şəhəri üzündə bir təbəssüm üçün.

Yoxsa gül üzünü güldürməyən sultanlığı istəməm, İstanbulu istəməm.

Mən bir qərib yunusam, yazdığım sənsən, yandığım sən.

Səndən ayrı bir eşqə mən qələmi istəməm, kağızı istəməm.

Mən sənin ümmətinəm, sənsən mənim əfəndim.

Səndən ayrı, səndən başqa əfəndi istəməm, sevgili istəməm, istəməm.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir