22 Şubat 2025

ŞƏHİD İBRAHİMOV SULTAN MİKAYIL OĞLU HAQQINDA ” SULTANLI XATİRƏLƏRİN İŞIĞINDA ” KİTAB ÇAP OLUNDU

Adın gələndə ayağa durar,

Adın çəkiləndə susaram, Şəhid.

Bir şəhidi unutmamağın ən gözəl şəkli onu əbədiləşdirəcək işlər görməkdir.Bunların ən üstünü də onun haqqında kitab yazmaqdır. Bu kitab da şəhiddən bəhs edir. İkinci Qarabağ müharibəsinin şəhidi İbrahimov Sultan Mikayıl oğlundan. Şəhid Sultan haqqında yazılmış olduqca gözəl və nəfis tərtib edilmiş bu kitab əldən ələ dolaşır.

İbrahimov Sultan 24.04.1996-cı ildə  Salyan şəhərində dünyaya gəlib. Şəhid Sultanın ailəsi və özü olduqca çətin, keşməkeşli bir həyat yolu keçib. Şəhid Sultan İbrahimov həyat yolunu XTQ-nin  döyüşçüsü kimi  davam etdirib və o Vətənimizi işğaldan azad edən qəhrəmanlardandır.  

Kitabın müəllifi Rahil Məmmədli, redaktoru Firuz Mustafadır.

Kitabın girişindəki hz.Peyğəmbərimizin (s.a.s.) bir hədisi diqqəti çəkir və istər istəməz adamı düşünməyə sövq edir: “Cənnətə daxil olub oradakı nemətləri gördükdən sonra dünyaya geri dönməyi şəhidlərdən başqa heç kim arzulamaz.Yalnız şəhidlər qiyamət günündə gördükləri lütflərin çoxluğuna görə yenidən dünyaya qayıtmağı arzularlar.” Şəhidlər dünyaya gəlib bir daha şəhid olmaq istərlər.

Kitab, şəhidlərimizi yaşatmağın ən gözəl yollarından biridir. Onlar haqqında səriştəli qələm sahibləri tərəfindən kitabların qələmə alınması bir minnətdarlıq duyğusudur. Hər bir şəhidimizin keçdiyi həyat yolu geniş və ətraflı şəkildə işıqlandırılmalı, onların göstərdiyi şücaət indiki nəsillərə bildirilməli, gələcək nəsillərə isə bir nümunə olaraq  göstərilməlidir. Gələcək nəsillər bilməlidir ki, onların üzərində yaşayacağı torpaq, əvəzedilməz Vətən, məhz Şəhid İbrahimov Sultan kimi igidlərimizin qanı bahasına azad və müstəqildir. Bu kitab da elə bu amala xuidmət edir.

Allah torpağı Vətənə ucaldan şəhidlərimizin, şəhidimiz Sultan İbrahimovun və bütün şəhidlərimizin ruhunu şad eləsin, yaxın və doğmlarına səbr versin.

İklim.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir